Layihə haqqında

#BİRDAMCIÖYRƏNƏK

#AXIRNECƏ?

Hər gün rahatlıqla əldə etdiyimiz su bizə necə gəlib çatır? Bu barədə heç düşünmüşükmü? Axır necə?


Bu layihə istifadə etdiyimiz suyun mənzillərimizə gəlib çatana qədər keçdiyi uzun və çətin yol barədə məlumat vermək, hər birimizi maarifləndirmək məqsədini daşıyır. Bir damcı öyrənək!


Layihə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərsu” ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.


Su mənbələri

Çaylar

Ölkəmizdə irili-xırdalı 8 359 çaydan yalnız 171-nin uzunluğu 25 km-dən artıqdır. 327 çayın uzunluğu 25 km-dən, 7 861 çayın uzunluğu isə 10 km-dən azdır. Çay şəbəkəsinin orta sıxlığı 0,39 km3 təşkil edir. Çay suları şirin sulu olmaqla ümumi minerallaşma dərəcəsi 0,3-0,5 qram/litr səviyyəsindədir. Ölkəmizin əsas su arteriyaları olan Kür və Araz çayları müxtəlif kimyəvi element və birləşmələrlə çirklənməyə məruz qalır.

Su anbarları

Respublikamızda 140-a qədər su anbarı var. Bunların ən böyükləri Kür çayı üzərindəki Mingəçevir (həcmi 16 milyard m3), Şəmkir (həcmi 2,6 milyard m3), Araz çayı üzərindəki Araz (həcmi 1,3 milyard m3), Tərtər çayı üzərindəki Sərsəng (həcmi 0,5 milyard m3) su anbarlarıdır. Su anbarlarının ümumi sahəsi 87 min hektar, suyunun həcmi isə 22 km3-ə yaxındır.

Göllər

Ölkə ərazisində ümumi sahəsi 394 km2 olan 450-ə yaxın göl mövcuddur ki, bunlardan da 200-ə yaxını yay aylarında quruyur. Göllərin ümumi su ehtiyatı 0,9 km3, şirinsulu göllərin ehtiyatı isə 0,03-0,05 km3-ə yaxındır. Cəmi 10 gölün sahəsi 10 km2-dən böyükdür. Onlardan ən böyüyü olan Sarısu gölünün sahəsi 65,7 km2, həcmi 59,1 milyon m3-dir. Ümumilikdə əsas göllərinin tam həcmi təxminən 265 milyon m3-dir.

Buzlaqlar

Azərbaycan ərazisində buzlaqlar əsasən Böyük Qafqaz dağlarının Baş Suayrıcında və Yan Silsilədə mütləq yüksəkliyi 3 600-4 000 metrdən artıq olan ərazilərdə formalaşıb. Hazırda buzlaqların sahəsi təqribən 6,6 km2, su ehtiyatı isə 0,08 km3 təşkil edir. Buzlaqlar çayların qidalanmasında və illik su ehtiyatlarının tənzimlənməsində mühüm rol oynayır.

Yeraltı sular

İstifadəyə yararlı yeraltı suların illik istismar ehtiyatları 9 milyard m3-ə yaxındır. Yeraltı suların əsas ehtiyatları Samur-Dəvəçi, Şəki-Zaqatala, Gəncə-Qazax, Mil-Qarabağ, Cəbrayıl, Naxçıvan dağətəyi düzənliklərində toplanıb. Yamacların ətəklərində, dərələrdə rast gəlinən bulaqların sərfi adətən 5-10 litr/saniyə arasında dəyişir. Dağ çaylarının yataqaltı süxurlarında gündəlik sərfi 40-60 min m3 olan yeraltı sular da geniş yayılmışdır.

Suyun təmizlənmə prosesi

Ceyranbatan su anbarında suyun təmizlənməsi mərhələləri

3000 mikronluq mexaniki süzgəclərdən keçirilmə

0.02 mikronluq süzgəclərdən keçirilmə

Membran süzgəclərdən keçirilmə

Bir damcının dostları

Layihə ilə bağlı sosial media səhifələrində rastına çıxan postları #axırnecə, #birdamcıöyrənək heşteqləri ilə paylaşmaqla sən də layihəmizə dəstək ola bilərsən.

Məqalələr

Suya qənaət yollarını öyrənmək istəyirsən? Onda aşağıya klikləyərək “Bir damcı dəyər verək” mərhələmizə keçid et.

Bir damcı dəyər verək

Gələcəkdə suyumuz axsın deyə nə etməli olduğunu bilmək istəyirsən? Onda aşağıya klikləyərək “Bir damcı qoruyaq” mərhələsinə keçid et!

Bir damcı qoruyaq

Tərəfdaşlarımız