Dişlərini fırçalayarkən suya bir damcı dəyər ver

Xarab krandan axan suya bir damcı dəyər ver

Maşını yuyarkən axan suya bir damcı dəyər ver

Layihə haqqında

#BİRDAMCIDƏYƏRVERƏK

#AXIRNİYƏ?

Hər gün istifadə etdiyimizdən daha çox miqdarda su boşuna axır. Bu barədə heç düşünmüşükmü? Axır niyə?


“Bir damcı” layihəsinin bu mərhələsi istifadə edilən hər damcı suyun dəyərinin bilinməsi, insanlarda suya qənaət vərdişlərinin aşılanması məqsədini daşıyır. Bir damcı dəyər verək!


Layihə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərsu” ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Bir damcı hesab
Dəqiqə
#AxırNiyə?
Gündəlik həyatda nə qədər su sərf etdiyini bilmək istəyirsən? Barın üzərindəki damcını sağa sürüşdürərək öyrən!
Dişlərini fırçalayarkən
21 litr Su
boşuna #AxırNiyə?
Kranı bağlasan və ya stəkandan istifadə etsən, 98%-ə qədər suya qənaət edərsən.
Qabları əl ilə yuyarkən
105 litr Su
boşuna #AxırNiyə?
Qabları sabunlayarkən kranı bağlasan, 50%-ə qədər suya qənaət edərsən.
Duş qəbul edərkən
210 litr Su
boşuna #AxırNiyə?
İstifadə etmədiyin müddətdə kranı bağlasan, 65%-ə qədər suya qənaət edərsən.
Maşın yuyarkən
420 litr Su
boşuna #AxırNiyə?
Maşın yuyarkən suyu istifadə etmədiyin zaman kranı bağlasan, 75%-ə qədər suya qənaət edərsən.

Sual-cavab

İnsan nə qədər müddət susuzluğa tab gətirə bilər?

Bir damcı diqqət

Hamam otağında dişlərini fırçalayarkən açıq krandan 21 litr su axdığını bilirsən?

Axır niyə?

Dişlərini fırçalayarkən və ya üzünü qırxarkən su kranını bağla!

Mətbəxdə qabları əl ilə yuyarkən 105 litrə qədər su axdığını bilirsən?

Axır niyə?

Boşqabları sabunlayarkən su kranını bağla!

Ərzaqları axar suyun altında saxlayırsan.

Axır niyə?

1)Ərzağın donunu su ilə dolu qabda aç!

2)Meyvə-tərəvəzi su ilə dolu qabda yu!

Həyətdə bitkiləri sulamaq üçün şlanqı açıq qoyub gedirsən.

Axır niyə?

Suvarma üçün su sıçradan qurğulardan istifadə et!

Bir damcının dostları

Layihə ilə bağlı sosial media səhifələrində rastına çıxan postları #axırniyə, #birdamcıdəyərverək heşteqləri ilə paylaşmaqla sən də layihəmizə dəstək ola bilərsən.

Məqalələr

Suyun evinə necə gəlib çatdığını bilmək istəyirsən? Onda aşağıya klikləyərək “Bir damcı öyrənək” mərhələmizə keçid et.

Bir damcı öyrənək

Gələcəkdə suyumuz axsın deyə nə etməli olduğunu bilmək istəyirsən? Onda aşağıya klikləyərək “Bir damcı qoruyaq” mərhələsinə keçid et!

Bir damcı qoruyaq

Tərəfdaşlarımız